Modern.az

Türkiyədə yenə meşə YANDI

Türkiyədə yenə meşə YANDI

15 Yanvar 2023, 15:38

Türkiyədə növbəti dəfə meşə yanğını qeydə alınıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Hatay vilayətində olub.

 

Vilayətin Arsuz rayonunda yerləşən meşə massivində səbəbi məlum olmayan yanğın başlayıb.

 

Yanğınsöndürən qüvvələrin 1 saatlıq gərgin fəaliyyətindən sonra yanğını nəzarət altına almaq mümkün olub.

 

Bildirilib ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir və meşənin yanmasının səbəbləri öyrənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?