Modern.az

Ukrayna hərbçiləri \"Leopard\" tanklarında təlimlərə başlayır

Ukrayna hərbçiləri \

21 Yanvar 2023, 22:29

Ukrayna ordusunun tank heyətləri “Leopard 2” tanklarını idarə etmək üçün təlimlərə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.

 

Onun sözlərinə görə, hələ də Almaniya istehsalı "Leopard 2"nin tədarükü ilə bağlı razılıq əldə olunmasa da, Kiyev tankçıların hazırlanması ilə bağlı razılığa gələ bilib. Təlimlərin hansı ölkədə keçiriləcəyi barədə məlumat verilməyib.

 

Xatırladaq ki, Almaniya Ukraynaya "Leopard" tanklarının göndərilməsinə razılıq verməyib. Berlin tankların tədarükünün Rusiya ilə eskalasiyanı daha da artıracağını düşünür.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?