Modern.az

Rusiya və Belarus ordularında birgə yoxlamalar başlandı

Rusiya və Belarus ordularında birgə yoxlamalar başlandı

Dünya

25 Yanvar 2023, 11:09

Rusiya və Belarusun silahlı qüvvələrində birgə yoxlamalara başlanılıb.

 

Modern.az "BelTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Bu gün Belarus Respublikası və Rusiya Federasiyası qoşunlarının regional qruplaşmalarının koordinasiyası çərçivəsində hərbi hissələrinin döyüşə hazırlığı ilə bağlı yoxlamalar davam edir. Komandirlərin hərbi hissələri idarə etmək qabiliyyəti də müəyyən olunacaq və müxtəlif şəraitlərdə bölmələrin tapşırıqları vaxtında yerinə yetirməyə hazırlıq səviyyələri yoxlanılacaq", - deyə rəsmi məlumatda bildirilib.

 

Qeyd edək ki, Rusiya və Belarus hərbi sahədə əməkdaşlığı dərinləşdirirlər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat