Modern.az

Rusiyanın sabiq vitse-prezidentindən məğlubiyyət ETİRAFI

Rusiyanın sabiq vitse-prezidentindən məğlubiyyət ETİRAFI

29 Yanvar 2023, 17:06

Rusiya Federasiyasının keçmiş vitse-prezidenti Aleksandr Rutskoy Ukraynadakı müharibə ilə bağlı gözləntilərini dilə gətirib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinin hərbi yolla qələbə qazanacağına inanmadığını bildirib.

 

Rutskoyun sözlərinə görə, əsrin dörddə birində Rusiya Federasiyasının Müdafiə Nazirliyinə orduda xidmət etməyən şəxslər, xüsusən də Sergey Şoyqu və onun tamamilə səriştəsiz adamları rəhbərlik edir.

 

Sabiq vitse-prezident əlavə edib ki, silahlı qüvvələrin operativ-strateji hücum əməliyyatları aparmaq imkanı yoxdursa, o zaman heç yerə, xüsusən də öz ölkəsindən kənara getməmək daha yaxşıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?