Modern.az

Türkiyədə də zəlzələ oldu

Türkiyədə də zəlzələ oldu

29 Yanvar 2023, 21:32

Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

 

Zəlzələ saat 19:12-də qeydə alınıb və 18,35 kilometr dərinlikdə müəyyən edilib.

 

Yeraltı təkanlar Hatay bölgəsində hiss olunub. Bölgənin icra nümayəndəsi zəlzələ nəticəsində hər hansı itkinin olmadığını bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?