Modern.az

Xorvatiya XİN başçısı Ermənistana gəlir

Xorvatiya XİN başçısı Ermənistana gəlir

6 Fevral 2023, 22:07

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman Ermənistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, səfər fevralın 7-8-də baş tutacaq. O, İrəvanda Ermənistan XİN başçısı ilə görüşəcək və birgə mətbuat konfransı keçiriləcək.

 

Radmanın Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla da görüşü nəzərdə tutulur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?