Modern.az

Zelenski Londondan Parisə gedir

Zelenski Londondan Parisə gedir

8 Fevral 2023, 18:06

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyadan sonra Fransaya səfər edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb.

 

Bildirilir ki, o, Parisdə Fransa lideri Emmanuel Makronla görüşəcək.

 

“London səfərindən sonra Ukrayna Prezidenti Zelenskinin bu çərşənbə axşamı Parisdə olması gözlənilir”, - məlumatda deyilir.

 

Qeyd edək ki, Zelenski bu gün Britaniyaya səfər edib. O, Britaniya baş naziri Rişi Sunakla görüşüb, daha sonra Britaniya parlamentində çıxış edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var