Modern.az

ABŞ ordusu Alyaskada naməlum uçuş aparatını məhv etdi

ABŞ ordusu Alyaskada naməlum uçuş aparatını məhv etdi

11 Fevral 2023, 00:08

ABŞ ötən sutka düşmənə məxsus hava platformasını zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə Alyaska üzərində baş verib. Belə ki, ABŞ hərbçiləri Alyaska səmasında naməlum uçuş aparatı görüb və onu vurublar.

 

Ağ Ev nümayəndəsinin sözlərinə görə, obyekt təxminən 12 kilometr yüksəklikdə olub və mülki aviasiya üçün təhlükə yaradıb.

 

Jurnalistlərdən biri vurulan aparatın Çinə məxsus olub-olmadığını soruşub. Ağ Ev sözçüsü bildirib ki, obyektin hansı dövlətə aid olduğu hələ məlumat deyil, hadisə ilə bağlı araşdırma aparılır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?