Modern.az

Ukrayna hərbçiləri “Leopard”la təlimə başladı

Ukrayna hərbçiləri “Leopard”la təlimə başladı

13 Fevral 2023, 17:52

Ukrayna hərbçiləri Almaniya istehsalı olan "Leopard" tanklarından istifadəni öyrənmək üçün təlimlərə cəlb olunublar.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, təlim Polşada yerləşən NATO poliqonlarından birində keçirilib.

 

Bildirilib ki, burada ukraynalı döyüşçülər "Leopard 2" tankları ilə aktiv hərbi əməliyyatlarda iştirak etmək üçün praktiki bilik və bacarıqlara yiyələnəcəklər.

 

Qeyd edək ki, uzun müddət Ukraynaya "Leopard"ların tədarükü məsələsində birmənalı yanaşma olmasa da, yekunda bu barədə müsbət qərar qəbul edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?