Modern.az

İsrailin XİN başçısı Kiyevdədir - Zelenski ilə görüşəcək

İsrailin XİN başçısı Kiyevdədir - Zelenski ilə görüşəcək

Dünya

16 Fevral 2023, 10:39

İsralin xarici işlər naziri Eli Kohen Ukraynaya səfər edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

 

"Müharibənin başlamasından bəri İsraildən olan bir nazirin Ukraynaya ilk səfəri üçün indi Kiyevə gəldim. Prezident Zelenski və XİN başçısı Kuleba ilə görüşəcəyəm. Tam və daimi fəaliyyətini bərpa edəcək İsrail səfirliyinin yenidən açılışını edəcəyəm. İsrailin çətin günlərdə Ukraynanın və xalqının yanında olduğunu söyləməyə gəlmişəm", - deyə o qeyd edib.

 

Nazir işğal edildiyi dönəmdə böyük qətliamın yaşandığı Buça şəhərinə də baş çəkəcəyini əlavə edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?