Modern.az

İran nüvə silahı əldə etməyə çox yaxındır - Agentlikdən HƏYƏCAN TƏBİLİ

İran nüvə silahı əldə etməyə çox yaxındır - Agentlikdən HƏYƏCAN TƏBİLİ

1 Mart 2023, 11:58

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA - MAQATE) İranın demək olar ki, nüvə silahı dərəcəsinə qədər zənginləşdirilmiş urana malik olduğunu təsdiqləyib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İranda son üç ayda 60%-dən çox zənginləşdirilmiş uranın miqdarı 25.2 kiloqramdan 87.5 kiloqrama yüksəlib.

 

Bildirilib ki, bir nüvə bombasının istehsalı üçün 60%-ə qədər zənginləşdirilmiş 55 kiloqram uran kifayət edir. Yəni İran nüvə silahı üçün materialı 12 günə əldə edə bilər.

 

Qeyd edək ki, Tramp administrasiyası 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran nüvə proqramının inkişafında irəliləyişlə yanaşı, nüvə silahı yaratmaq qabiliyyətini əsaslı şəkildə inkişaf etdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var