Modern.az

Ermənistan prezidentli respublikaya qayıdır? - Nazir açıqladı

Ermənistan prezidentli respublikaya qayıdır? - Nazir açıqladı

2 Mart 2023, 14:26

"Ermənistan yarım-prezidentli üsul-idarə formasına qayıtmayacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu konstitusiyanın dəyişdirilməsi ilə bağlı jurnalistlərə danışan Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

 

"Konstitusiya İslahatları Şurası hazırkı modeli saxlamaq qərarına gəlib. Bununla belə, mart ayının sonunda baş nazirin səlahiyyətləri daha ətraflı müzakirə olunacaq", - deyə o söyləyib.

 

Qeyd edək ki, Ermənistanda 2018-ci ildə keçirilmiş referendumla konstitusiyada ölkənin idarəetmə forması parlamentli respublika olaraq təsbit edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?