Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən rus hərbçilərlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şoyqu Donetsk istiqamətində “Şərq” hərbi hissələrin komandanlıq məntəqəsinə baxış keçirib.
Komadan general-leytenant Rüstəm Muradov və digər zabitlər mövcud vəziyyət barədə məruzə təqdim edib. Daha sonra Şoyqu bir sıra hərbçiləri təltif edib.