Modern.az

NATO Rusiyanın itkilərini açıqladı - 1800 zabit...

NATO Rusiyanın itkilərini açıqladı - 1800 zabit...

Dünya

4 Mart 2023, 14:42

Ukraynada müharibə başlayandan bəri 200 mindən çox rus əsgəri, 1800-dən çox zabit öldürülüb və ya yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Kristofer Kavoli məlumat verib.

 

O bildirib ki, ruslar Ukraynada 2000-dən çox tank itirib.

 

General müharibənin miqyasının ağlasığmaz olduğunu və Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun “yeni reallığa” uyğunlaşmalı olduğunu vurğulayıb.

 

Kavolinin sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi buraxır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?