Modern.az

Yunanıstanda etirazlar baş qaldırdı - YENİLƏNİB

Yunanıstanda etirazlar baş qaldırdı - YENİLƏNİB

5 Mart 2023, 18:57

Yunanıstandakı qatar qəzasından sonra ölkədə etirazlar alovlanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, iğtişaşlarda 7 polis əməkdaşı yaralanıb.

 

Minlərlə insanın qatıldığı etirazlar zamanı 5 nəfərin saxlanıldığı qeyd olunub. Hazırda aksiyalar davam edir.

 

***

14:58

 

Yunanıstanda kütləvi etiraz aksiyalarına start verilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qatar qəzasına görə mitinqin keçirildiyi paytaxt Afinada iğtişaşlar başlayıb. 

 

Bildirilib ki, polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

 

Qeyd edək ki, ötən həftə Yunanıstanda baş vermiş qatar qəzasında 50-yə yaxın sərnişin həlak olmuş, nazir istefa vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı