Xarici ölkələrdən Türkiyəyə gələn bütün axtarış-xilasetmə qrupları ölkələrinə geri qayıdıb.
Modern.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir deyib ki, Türkiyədə axtarış-xilasetmə işlərinə 90 ölkədən 11 min 320 nəfər köməyə gəlib.
"Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladıqdan sonra geri döndü”, - o vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib.