Modern.az

Hava limanında bomba həyəcanı - İnsanlar evakuasiya edildi 

Hava limanında bomba həyəcanı - İnsanlar evakuasiya edildi 

Dünya

15 Sentyabr 2023, 21:32

Polşanın paytaxtı Varşavada yerləşən "Warsaw Modlin" hava limanında həyəcanlı anlar yaşanıb.

 

Bu barədə Modern.az-a hava limanında olan həmvətənlərimiz məlumat verib.

 

Bildirilir ki, hava limanında bomba yerləşdirilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında hüquq mühafizə orqanları hava limanından insanları evakuasiya edib.

 

Sonradan bomba həyəcanı ilə bağlı xəbərdarlıq ləğv edilib və məlumatın yanlış olduğu açıqlanıb.

 

Hava limanının normal fəaliyyəti bərpa edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır