Modern.az

Müharibəni bitirən Putin olmayacaq

Müharibəni bitirən Putin olmayacaq

18 Yanvar 2024, 23:15

Rusiya öz səhvini anlayana qədər Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər.

 

Modern.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radek Sikorski deyib.

 

O qeyd edib ki, müharibəni bitirən Putin olmayacaq.

 

“Putin geri dönüşü olmayan nöqtəni keçib. O, indi hərbi cinayətdə ittiham olunur və düşünürəm ki, bu müstəmləkə müharibəsi nə vaxtsa onu başladandan fərqli komanda tərəfindən başa çatdırılacaq”, – Sikorski bildirib.

 

O deyir ki, müstəmləkə müharibələri adətən on il davam edir və bu müddət ərzində ölkə müharibəyə başlamağın səhv olduğu qənaətinə gəlməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə