Fransanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
O bildirib ki, səfir Xarkovda Fransadan olan "muzdlu döyüşçülər"ə görə Nazirliyə dəvət olunub.
Qeyd edək ki, Rusiya tərəfi Xarkovda fransalı muzdluların olduğunu və şəhərə buna görə zərbələr endirdiyini iddia edib.