Modern.az

Dəhşətli zəlzələ proqnozu - Ölkənin 75% ərazisi...

Dəhşətli zəlzələ proqnozu - Ölkənin 75% ərazisi...

Dünya

19 Yanvar 2024, 08:20

ABŞ-ın Geoloji xidmətinin mütəxəssisləri ölkənin 75%-nin dağıdıcı zəlzələlərlə üzləşə biləcəyini proqnozlaşdırıblar.

 

Modern.az xəbər verir ki, zəlzələlərin daha çox baş verdiyi yerlərin xəritəsini tərtib edərkən alimlər dağıdıcı nəticələrə səbəb ola biləcək 500-ə yaxın yeni çat aşkar ediblər.

 

Güclü yeraltı təkanlar xüsusən Atlantik okeanının mərkəzi və şimal-şərq sahillərində proqnozlaşdırılır. Dağıntı Nyu-York, Boston və Vaşinqtona təsir edə bilər. Alimlər Kaliforniyada dağıdıcı zəlzələlərin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.

 

Materialda, həmçinin bildirilir ki, son 200 il ərzində ABŞ-ın 37 ştatında maqnitudası beş baldan çox olan zəlzələlər baş verib ki, bu da bütün ölkə ərazisində seysmik aktivliyi təsdiqləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə