Modern.az

Paşinyan Kolomina ilə Azərbaycandan DANIŞDI

Paşinyan Kolomina ilə Azərbaycandan DANIŞDI

Dünya

19 Yanvar 2024, 13:44

Ermənistan baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Kolominanın İrəvana səfəri çərçivəsində baş tutub.

 

Ermənistan-NATO əməkdaşlığı, o cümlədən regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Baş nazir Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə və əvvəlcədən razılaşdırılmış məlum prinsiplərə uyğun sülh prosesinə toxunub.

 

Paşinyan beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda sabitlik və sülhə yönəlmiş addım atmasının vacibliyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə