Latviya Prezidenti Edqars Rinkeviç eynicinsli cütlüklər arasında münasibətləri tənzimləyən düzəlişlər elan edib.
Modern.az "Delfi"yə istinadən xəbər verir ki, “Notariat haqqında” qanuna dəyişiklik edilir.
Əvvəllər müxalifət eynicinsli cütlüklərin nikaha girməsinə icazə verən qanuna qarşı referendum üçün imza toplaya bilmirdi.
Belə ki, 150 min imza toplamaq lazım idi, lakin bu rəqəmin təxminən 10%-i əldə edilmişdi.
Bununla qanun artıq rəsmi olaraq qüvvəyə minəcək.