Modern.az

Yunanıstan parlamentində Ermənistanla dostluq qrupu yaradılıb

Yunanıstan parlamentində Ermənistanla dostluq qrupu yaradılıb

Dünya

19 Yanvar 2024, 17:46

Yunanıstan parlamentində hakim Yeni Demokratiya Partiyası fraksiyasının baş katibi Stavros Kalafatisin sədrliyi ilə Yunanıstan-Ermənistan dostluq qrupu yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Dostluq qrupunun sədr müavini Zoe Konstantopoulu, “Azadlıq Yolu” Partiyasının rəhbəri, katib isə “Siriza-Tərəqqi Alyansı” partiyasından deputat Katerina Notopouludur.

 

Yunanıstan-Ermənistan Dostluq Qrupu Yunanıstan Parlamentinin müxtəlif partiyalarından olan deputatların daxil olduğu 20 üzvdən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə