Modern.az

Çində məktəb yataqxanası yandı: 13 ölü

Çində məktəb yataqxanası yandı: 13 ölü

Dünya

20 Yanvar 2024, 09:06

Çinin Henan vilayətində məktəb yataqxanasında baş verən yanğında 13 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, hadisə yerli vaxtla yanvarın 19-da gecə Fançen rayonunun Duşu kəndində baş verib. Yanğınsöndürənlərə saat 23:00-da hadisə barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər saat 23:38-də yanğını nəzarət altına alıblar. Hadisə yerində 13 şagirdin meyiti tapılıb, bir nəfər xəsarət alıb.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə