Modern.az

Şahin Mustafayev Qriqoryanla nələri müzakirə edəcək...

Şahin Mustafayev Qriqoryanla nələri müzakirə edəcək...

20 Yanvar 2024, 16:08

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasında komissiyanın əsasnaməsi müzakirə olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirilib.

 

Məlumatda deyilir ki, birgə komissiyanın toplantısı yanvarın sonunda keçiriləcək.

 

İclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev komissiyaların növbəti iclasının bu aya təyin edildiyini bildirmişdi.

 

"Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin", - Prezident İlham Əliyev vurğulayıb.

 

Xatırladaq ki, Şahin Mustafayev və Mher Qriqoryan arasında sonuncu görüş noyabrın 30-da baş tutub. Səegəddə baş tutan görüş sayca beşinci olub. Görüşlərin 3-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə