Modern.az

Ermənistanda ağır qəza: 14 yaralı

Ermənistanda ağır qəza: 14 yaralı

20 Yanvar 2024, 21:21

Ermənistanın Araqatsotn bölgəsində ağır qəza baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

 

Saat 17:30 radələrində İrəvan-Gümrü magistralının 69-cu km-də “Mercedes Vito” və “Opel Astra” markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində 14 nəfər yaralanıb.

 

Qəza nəticəsində “Mercedes Vito” markalı avtomobil yoldakı beton maneələrə çırpılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə