Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə o, “Belji” zavoduna səfəri zamanı müəssisənin işçiləri ilə söhbət edərkən danışıb.
“Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac ayağıma düşdü”, - Lukaşenko bildirib.
Belarus lideri qeyd edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və “normal yeriyib”, lakin sonra xəsarət alan hissə şişib. Lukaşenko xəsarətə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.