Modern.az

Suxumi qalereyasında yanğın - 4 min sənət əsəri...

Suxumi qalereyasında yanğın - 4 min sənət əsəri...

Dünya

21 Yanvar 2024, 19:27

Gürcüstanın Abxaziya bölgəsində, Suxumidəki Milli Rəsm Qalereyasında yanğın baş verib. Nəticədə 4 minə qədər rəsm yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Abxaziya separatçılarının Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.

 

Bildirilir ki, yanğın qalereyanın mərkəzi sərgi salonunda baş verib.

 

Yanan rəsmlər arasında ilk peşəkar abxaz rəssamı və məşhur quruluşçu rəssamı Aleksandr Çaçba-Şervaşidzenin 300-ə qədər əsəri var.

 

“Qondarma Abxaziya Respublikası”nın mədəniyyət nazirinin vəzifələrini icra edən Dinara Smir jurnalistlərə açıqlamasında deyib: “Ötən əsrin 60-cı illərinin əvvəllərində Suxumidə Abxaziya Dövlət Muzeyinin filialının bazasında Milli Rəsm Qalereyası açılmışdı və bu, ən böyük qalereya idi. Qalereyada 4 min nüsxədən çox sənət əsəri saxlanılırdı. Hər şeyin yandığını deyə bilərik”.

 

Suxumi hakimiyyəti qalereyada baş verən yanğını abxaz mədəniyyəti üçün “bərpaolunmaz itki” adlandırıb.

 

İlkin versiyaya görə, yanğına elektrik xəttindəki qısaqapanma səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə