Fransada immiqrasiya qaydalarını sərtləşdirən yeni qanuna qarşı aksiya keçirilib.
Modern.az xəbər verir ki, Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar qanunun ləğv edilməsini tələb ediblər.
Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı qanuna qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri iştirak ediblər.
Mitinqin keçirildiyi əraziyə gücləndirilmiş polis qüvvələri cəlb olunub.