Modern.az

İsrail HƏMAS-ın şərtlərinə "YOX" deyir

İsrail HƏMAS-ın şərtlərinə

Dünya

21 Yanvar 2024, 22:44

İsrail HƏMAS-ın girovların qaytarılması müqabilində hərbi əməliyyatların dayandırılması tələbinə qarşıdır.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 

O, HƏMAS tərəfindən əsir götürülənlərin hamısını geri qaytaracağına söz verib.

 

Netanyahunun sözlərinə görə, HƏMAS girovların azad edilməsi müqabilində hərbi əməliyyatların dayandırılmasını və Qəzza zolağından qoşunların çıxarılmasını tələb edir.

 

“İndiyədək biz 110 girovu evə qaytarmışıq və onların hamısını geri qaytarmaq niyyətindəyik. Bunun üzərində gecə-gündüz işləyirəm. Ancaq gəlin açıq olaq: mən şərtləri qəti şəkildə rədd edirəm", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə