İranın Kirman vilayətində yerləşən Bağin hərbi hissəsində atışma baş verib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.
İran ordusunun rəsmiləri yerli mediaya açıqlamasında məlumatı təsdiq edib.
Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı bildirilir.