"Çətin qış şəraitinə baxmayaraq, Avropa Xarici Fəaliyyət Xidmətinin əməkdaşı Martti Lutsarla birlikdə Cermukda patrul xidməti həyata keçirdik".
Modern.az xəbər verir ki, bu barədə Ermənistandakı Aİ missiyasının (EUMA) mətbuat xidməti məlumat yayıb.
"EUMA patrulu Azərbaycanla sərhədin Ermənistan tərəfində təhlükəsizlik vəziyyətinin monitorinqini aparıb", - deyə məlumatda deyilir.
Qeyd edək ki, Avropa Xarici Fəaliyyət Xidmətinə Jozep Borel rəhbərlik edir.