Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan parlamentin spikeri Alen Simonyanın həyat yoldaşına məxsus "Frinyus" telekanalına qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.
Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən qəzetə bildirilib ki, yanvarın 1-nə ictimai multipleksdə yayımlanan telekanallardan 3-də vaxtı keçmiş borc yaranıb. "А-Тиви" MMC-nin 32 milyon dram, "Frinyus" MMC-nin - 23,3 milyon dram, "Fortuna" MMC-nin - 5,4 milyon dram borcu yığılıb.
"Frinyus" şirkəti 23,3 milyon dram məbləğində borcunun 1,5 milyon dramını ödəyib, qalan borc hazırda 21,8 milyon dramdır.