Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borel Ukraynadakı müharibəni Avropa üçün ekzistensial təhlükə adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Ukrayna Aİ üçün prioritet olaraq qalır.
"Ukraynadakı müharibə Avropa üçün ekzistensial təhlükədir və biz Ukraynaya kömək etməyə hazırıq", - deyə o, Aİ Xarici Əlaqələr Şurasının sonunda qeyd edib:
"Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir. Bu, bizim vəzifəmizdir”.
Onun sözlərinə görə, Borel Aİ ölkələrinə Ukraynaya hərbi yardım fondunun yaradılması təklifi ilə bağlı sənəd təqdim edib. O, Avropa İttifaqının bu məqsədlər üçün 5 milyard avro ayıracağına ümid etdiyini bildirib. Bu, Kiyevin ehtiyac duyduğu istənilən yardım olmalıdır, istər maliyyə vəsaiti, istər hərbi texnika, istərsə də əsgərlərin təlimi.
O, fevralın birinci və ya ikinci həftəsində Kiyevə səfər edəcəyini də bildirib.