Modern.az

Bakı və İrəvan arasında birbaşa əlaqə var - Mirzoyan

Bakı və İrəvan arasında birbaşa əlaqə var - Mirzoyan

23 Yanvar 2024, 16:32

"Birbaşa əlaqə təkcə Paşinyan və Əliyev administrasiyası arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan danışıb.

 

"Belə ki, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsi aparılır. Yanvarın əvvəlində İrəvan yeddinci təkliflər paketini təqdim edib. İrəvan üçün önəmli olan vasitəçilərin olması deyil, danışıqların məzmunudur. Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin mən belə bir təşəbbüs barədə eşitmişəm".

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə