Modern.az

Holokostdan xilas olan neçə yəhudi sağdır...

Holokostdan xilas olan neçə yəhudi sağdır...

23 Yanvar 2024, 16:44

Dünyada Holokostdan sağ çıxan 245 min yəhudi qalıb.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu statistik məlumatları nasizm qurbanlarına yardım edən təşkilat - JCC təqdim edib.

 

JCC rəhbəri Gideon Trylor bildirib ki, onlardan təxminən yarısı 81-85 yaş arasında, beşdə biri isə 90 yaşdan yuxarıdır və köməyə ehtiyac duyur.

 

Almaniyada nasist rejim tərəfindən təqib edilmiş təxminən 14 200 yəhudi yaşayır. Fransada onların sayı 21 900 nəfərdir - bu, Avropadakı ən böyük yəhudi diasporudur. Holokostdan sağ çıxmağı bacaranların əksəriyyəti bu gün İsrail və ABŞ-da yaşayır: müvafiq olaraq 119,300 və 38,400 nəfər.

 

1933-1945-ci illər arasında hitlerçilər Avropa və Şimali Afrikada altı milyona yaxın yəhudinin həyatına son qoyublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə