Minlərlə ölümə səbəb olan Rusiya-Ukrayna müharibəsi nəticəsində heyvanlar da zərər görür.
Modern.az xəbər verir ki, Ukraynanın şərqində, müharibənin ağır izləri buraxdığı Xarkov vilayətində bir çox heyvan evsiz qalıb.
Ukrayna polisi vilayətin Starıy Saltiv qəsəbəsində fermada başsız qalan atlara qulluq edir. Polislərin xidmət etdiyi 28 atın bəziləri yaralıdır.
Polislər tez-tez atların yerləşdirildiyi fermaya gələrək heyvanlara yem və su verirlər.