Modern.az

Türkiyə donanmasının yeni insansız gəmisi - FOTO

Türkiyə donanmasının yeni insansız gəmisi - FOTO

23 Yanvar 2024, 21:10

"Sefine Gəmiqayırma Zavodu"nun ev sahibliyi etdiyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlət nümayəndələrinin iştirakı ilə “Mavi Vətəndə Güc: Yeni Dəniz Platformalarının Təslim Edilməsi Mərasimi” keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin qüdrətini gücləndirəcək milli gəmiləri Türk Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilib.

 

Dəniz donanmasının ikinci ən böyük gəmisi olan “TCG DERYA”nın və dünyada elektron döyüş qabiliyyətinə malik ilk və yeganə pilotsuz suüstü nəqliyyat vasitəsi olan “MARLIN SİDA”nın şanlı Türk Dəniz Qüvvələrində istifadəsinə başlanılıb.

 

Qeyd edək ki, "Sefine Gəmiqayırma Zavodu", "Kolin İnşaat" şirkətinin də daxil olduğu "Koloğlu Holding" tərəfindən yaradılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə