Modern.az

Avropa İttifaqının böyümə planı müzakirə edildi 

Avropa İttifaqının böyümə planı müzakirə edildi 

23 Yanvar 2024, 22:51

Şimali Makedoniyanın paytaxtı Skopyedə Qərbi Balkan regionu ölkələrinin liderləri Avropa Komissiyasının təsdiqlədiyi İnkişaf Planını müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, Şimali Makedoniyanın ev sahibliyi etdiyi toplantıda bu ölkənin Baş naziri Dimitar Kovaçevski, Serbiya Prezidenti Aleksandar Vuçiç, Monteneqronun Baş naziri Miloyko Spayiç, Albaniyanın Baş naziri Edi Rama, Kosovonun Baş naziri Albin Kurti, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Qert Yan Kopman və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iştirak ediblər.

 

Liderlər görüşün əhəmiyyətini vurğulayıb, Aİ-nin Qərbi Balkan regionu üzrə İnkişaf Planının regional əməkdaşlığın artırılması və Avropa bazarına inteqrasiya baxımından vacibliyini qeyd ediblər. Planda şirkətlərə və bizneslərə dəstəyin nəzərdə tutulduğu, bu çərçivəsində Avropa bazarına asan çıxışın təmin olunacağı bildirilib.

 

Həmçinin region ölkələrinin həyata keçirəcəyi islahatların siyahısı təqdim edilib, bu siyahının mərkəzində dövlət idarəçiliyində reallaşdırılacaq islahatlar əsas yer tutub.

 

İnkişaf Planında Aİ-nin Qərbi Balkan regionuna 6 milyard avroluq yardımı nəzərdə tutulur. Bunun təkcə region ölkələri üçün deyil, həm də bölgəyə sərmayə qoymaq istəyən investorlar üçün də əhəmiyyət kəsb etdiyi vurğulanıb. Nəticədə region ölkələrinin iqtisadiyyatlarını iki dəfə artırmaq potensialının yaranacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə