Modern.az

Almaniyada dəmiryolçular tətilə HAZIRLAŞIR

Almaniyada dəmiryolçular tətilə HAZIRLAŞIR

24 Yanvar 2024, 00:20

Almaniya Maşınistlər İttifaqı (GDL) sabahdan başlayaraq yanvarın 29-dək davam edəcək böyük tətilə hazırlaşır.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.

 

Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli qatar şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?