Modern.az

İranın Təhlükəsizlik Şurasının katibi Rusiyaya GETDİ

İranın Təhlükəsizlik Şurasının katibi Rusiyaya GETDİ

24 Yanvar 2024, 00:28

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri başlayıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyi məlumat yayıb.

 

Əli Əkbər Əhmədian Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə Moskvaya ilk dəfədir səfər edir.

 

Onun Rusiyada hansı məsələləri müzakirə edəcəyi açıqlanmır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?