Nə Qərb, nə də Rusiya Ermənistan parlamentindəki müxalifətlə əməkdaşlıq edir.
Modern.az xəbər verir ki, bunu “Hraparak” müxalif deputatlardan biri etiraf edib. Müxalif deputat Ermənistanda akkreditə olunmuş bütün səfirlər üçün “persona non-qrata” olmalarından şikayətlənib.
“Müxalifət görüş istəyəndə ya cavab vermirlər, ya da aylar sonra, deputatların məlumat vermək, müzakirə etmək istədikləri məsələ aktuallığını itirəndə cavab verirlər. Bəzi hallarda isə səfirlər qulaq asır, barmağını göstərmirlər”, - adının açıqlanmmasını istəməyən parlamentari bildirib.
“Hraparak” yazır ki, əvvəllər ictimai tədbirlər zamanı səfirlər özləri müxalifətdən olan deputatlarla əlaqə qurur, mövcud hakimiyyətə təsir etməyə çalışırdılar. İndi nə insan haqlarının pozulması, nə media problemləri, nə də siyasi təqiblər Qərb səfirlərini narahat edir.