Modern.az

Aİ Rusiya aktivlərinin müsadirəsindən imtina edir?

Aİ Rusiya aktivlərinin müsadirəsindən imtina edir?

24 Yanvar 2024, 10:52

Aİ Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Agentliyin mənbələrə istinadən yazdığına görə, Avropa rəsmiləri bu ideyanı hüquqi baxımdan çox riskli hesab edirlər.

 

“Suveren Rusiyanın aktivlərinin müsadirəsi olunmayacaq. Aİ-yə üzv ölkələr arasında bu məsələdə razılıq yoxdur”, - agentliyin həmsöhbətlərindən biri bildirib.

 

Agentliyin məlumatına görə, avropalı rəsmilər həmçinin avroya və fondların böyük hissəsinə sahib olan Belçika depozitari "Euroclear"a potensial təsirdən narahatdırlar. Xüsusən də Lüksemburqun xarici işlər naziri Xavier Bettel "Reuters" agentliyinə bildirib ki, Rusiya aktivlərinin müsadirəsi məsələsinə çox diqqətli yanaşmaq lazımdır:

 

“Təsəvvür edin ki, biz siyasi olaraq Ukraynaya milyardlar verməyə qərar verdik. Altı aydan sonra isə məhkəmə qərarı alacağıq ki, bizim onları verməyə ixtiyarımız yoxdur. Onda kim ödəyəcək?".

 

Aİ nümayəndələri Moskvanın belə bir hərəkətə cavab olaraq Qərbin Rusiyadakı aktivlərini müsadirə edə biləcəyini, bəzi hesablamalara görə, dəyərinin təxminən 288 milyard dollar olduğunu bildirən Moskvanın təhdidlərindən də narahatdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə