Şanxay sahillərində Marşal bayraqlı OMEGA gəmisi MIRABELLA adlı gəmi ilə çətin hava şəraitində toqquşması nəticəsində batıb.
Modern.az xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, 16-sı türkiyəli olmaqla, 21 dənizçi xilas edilib.
"Gəminin 3-cü kapitanı ilə görüş keçirilib və sağlamlıq vəziyyəti yaxşı olan dənizçilərin gəmidən çıxarılması üçün Türkiyə Xarici İşlər Nazirliyi və Çinin Dənizdə Xilasetmə Koordinasiya Mərkəzi (MRCC) ilə koordinasiya təmin edilir", - deyə açıqlamada qeyd edilib.