Modern.az

Vanadzorda partlayış xəbəri - Ermənilər təşvişə düşüb

Vanadzorda partlayış xəbəri - Ermənilər təşvişə düşüb

Dünya

24 Yanvar 2024, 14:50

Ermənistanın Vanadzor şəhərinin sakinləri təxminən bir saat əvvəl partlayışa bənzər yüksək səs eşidiblər.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, sosial şəbəkələrdə ajiotaj yaradıb.

 

Lori bölgəsinin administrasiyası panikaya səbəb olmadığını bildirib. Qeyd olunub ki, aviasiya sınaqları keçirilir.

 

"Bəziləri çox güman ki, təyyarənin səsdən yüksək sürətlə hərəkət etməsi ilə bağlı olduğunu düşünür" - xəbərdə deyilir.

 

Ermənistan Müdafiə Nazirliyi təlim uçuşunun həyata keçirildiyini təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə