Modern.az

Rusiyada MSK səlahiyyətli nümayəndələri qeydə aldı

Rusiyada MSK səlahiyyətli nümayəndələri qeydə aldı

Dünya

24 Yanvar 2024, 15:22

Rusiyada Mərkəzi Seçki Komissiyası (MSK) bu il keçiriləcək prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bundan əlavə, MSK prezidentliyə namizəd Leonid Slutskinin (LDPR) vəkil edilmiş şəxsləri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini, habelə namizədlər Sergey Baburin (Rusiya Ümumxalq Birliyi), Boris Nadejdin (Vətəndaş Təşəbbüsü) və Nikolay Xaritonovun (KPRF) maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini qeydə alıb.

 

Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Artıq Slutski və Xaritonov, həmçinin Vladislav Davankov (“Yeni insanlar”) namizəd kimi qeydə alınıb. Mərkəzi Seçki Komissiyası 2023-cü ilin dekabrında Putinin namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunu qeydə alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə