İYİ Partiya bələdiyyə seçkilərində Ankara üzrə namizədini açıqlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Cengiz Topel Yıldırımdır.
Yıldırım əvvəllər CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlunun müşaviri olub.
Qeyd edək ki, ötən seçkilərdə İYİ Partiya Millət İttifaqı çərçivəsində CHP-nin namizədi Mansur Yavaşı dəstəkləmişdi.