Qazaxıstan Məclisinin (aşağı palatası) deputatları siqaretlərin idxalını və satışını qadağan edən səhiyyə məsələləri haqqında qanun layihəsinə düzəliş qəbul ediblər.
Modern.az "Kursiv"ə istinadən xəbər verir ki, maksimum cəza beş ilə qədər həbs olacaq.
Qəbul edilmiş qanun layihəsi baxılmaq üçün Senata (yuxarı palata) göndəriləcək.
Sənəd Qazaxıstan prezidentinin tapşırığı ilə hazırlanıb. Elektron siqaretin dövriyyəsinə qoyulan qadağa ilə yanaşı, tibb işçiləri üçün sosial təminatların gücləndirilməsi üçün standartlar nəzərdən keçirilib.
Sənədə əsasən, qadağanın pozulmasına görə elektron siqaretlərin satışına, idxalına və yayılmasına görə 50 günə qədər inzibati həbs, eyni əmələ görə, lakin cinayətkar qrupun tərkibində olduqda iki ilədək, daha böyük miqyasda olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək.
98 deputatdan 92-si qanun layihəsinin qəbulunun lehinə səs verib, biri bitərəf qalıb.