Modern.az

Belqradda güclü YANĞIN

Belqradda güclü YANĞIN

Dünya

24 Yanvar 2024, 19:22

Serbiyanın paytaxtı Belqradda kiçik ticarət mərkəzində güclü yanğın baş verib.

 

Modern.az xəbər verir ki, alov qısa müddət ərzində ticarət mərkəzinin bir hissəsini əhatə edib. Yanğını söndürmək üçün mülki-müdafiə qüvvələrinin 76 əməkdaşı və 25 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin yanğının lokallaşdırılmasında üç helikopterdən istifadə edilib.

 

Yanğın nəticəsində hava qalxan tüstü şəhərin müxtəlif yerlərindən görünüb. Ölən və ya xəsarət alan yoxdur. Polis müvafiq araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə