Modern.az

“Paris 2024” minlərlə hotel rezervasiyasını ləğv etdi

“Paris 2024” minlərlə hotel rezervasiyasını ləğv etdi

Dünya

24 Yanvar 2024, 22:53

“Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə mehmanxana rezervasiyalarını ləğv edib.

 

Modern.az xəbər verir ki, Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də “Paris-2024”ün Təşkilat Komitəsi tərəfindən hotellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında “Paris 2024”ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib.

 

Hotel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

 

Qeyd edək ki, təkcə Şatoruda Təşkilat Komitəsi 492 otağın rezervini ləğv edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə